Salamlar. Bu yazıda sizlərə Laravel 10 qurmağı və ilk ayarları izah edəcəm.
İlk olaraq istifadə etdiyiniz cihazda PHP 8+, Mysql server və Composer qurulu olmalıdır. ( Qurulumu haqqında ətraflı digər mövzuda yazacam )
Terminalı açırıq və aşağıdakı komandanı daxil edirik. Proyekti yükləmək istədiyiniz qovluğun içinə daxil olub komandanı yazmaq lazım olacaq.
Məsələn ( Linux ) :
Laravel 10 paketini yükləyin
composer create-porject laravel/laravel: ^ 10 sizin_proyektin_adi
Komandanı yazıb enteri sıxdıqdan sonra Laravel 10 əsas paketləri yüklənəcək.
Daha sonra öz istifadə etdiyiniz İDE ni işə salın. Məsələn ( VS Code və ya Phpstorm )
Proyekti yüklədiyiniz qovluğu seçin və İDE də həmin qovluğu açın.
Mysql server ilə bağlantı qurmaq üçün
faylını redaktə edin və adını .env edin. Artıq mysql table yaratmısınız yəqin. Əgər yaratmamısınızsa yeni bir table yaradın.
Daha sonra bu hissədə mysql serverə qoşulmaq üçün lazım olan məlumatları qeyd edin.
DB_CONNECTION=mysql
DB_HOST=127.0.0.1
DB_PORT=3306
DB_DATABASE=sizin_table
DB_USERNAME=sizin_username
DB_PASSWORD=sizin şifrə
Artıq DB məlumatlarını da yazdığımıza görə ilk migrationumuzu edə bilərik.
Migration bizə DB ya insert üçün imkan yaradır ( Növbəti yazımda ətraflı yazacam)
Migration üçün aşağıdakı komandanı terminalda yazın.
php artisan migrate
Bu komandanı icra etdikdən sonra artıq Laravelin default olan tableləri mysql bazamıza insert olacaq.
Artıq hazırıq. Və proyekti lokal serverdə başlatmaq üçün aşağıdakı komandanı terminalda yazın.
php artisan serve
Bu komandanı icra etdikdən sonra lokal serverdə proyekt işə düşəcək
http://localhost:8000
http://127.0.0.1:8000
Laravel 8000 portu üzərindən işə düşür və yuxarıdakı adreslərdən istifadə edərək proyektinizə baxa bilərsiniz.